Mbappe dünya
Mbappe dünya çempionatlarının tarixinə düşdü
Fransa millisinin hücumçusu Kilian Mbappe üç fərqli dünya çempionatının pley-off mərhələlərində ən azı üç qol vuran ilk futbolçu olub. Sfera.az bu barədə TASS agentliyinə istinadən xəbər verir. Mbappe DÇ-2026-nın 1/8 finalında Paraqvay yığması ilə matçın (1:0) 70-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirməklə fərqlənib. Bu qol onun hazırkı dünya çempionatında 7-ci, cari turnirin pley-off mərhələsində isə 3-cü qolu olub. O, bundan əvvəl 1/16 finalda İsveç millisinin qapısına iki qol vurmuşdu
İdman05.07.2026 10:13

