map
"iPhone" işlədənlər üçün YENİLİK: PUL ÖDƏYƏCƏKSİNİZ
“Apple” indiyədək reklamsız fəaliyyət göstərən “Xəritə” tətbiqində sponsorlu reklam sistemini istifadəyə verməyə başlayıb. Sfera.az xəbər verir ki, yeni sistem çərçivəsində şirkətlər xəritə daxilində aparılan axtarışlarda daha yuxarı sıralarda görünmək üçün ödəniş edə biləcəklər. Sponsorlu müəssisələr axtarış ekranında tövsiyə olunan məkanlar bölməsində və nəticələr siyahısının ən üstündə nümayiş olunacaq. İstifadəçilər ödənişli nəticələri xüsusi mavi reklam işarəsi ilə fərqləndirə biləcəklər.
Cəmiyyət27.08.2026 21:17
