Madrid
Çempionlar Liqasının finalı bu ölkədə keçiriləcək
UEFA 2028 və 2029-cu illərdə “UEFA Çempionlar Liqası”nın final oyunlarının keçiriləcəyi stadionları müəyyənləşdirib. Sfera.az xəbər verir ki, UEFA-nın məlumatına görə, 2028-ci ildə Çempionlar Liqasının finalına Münhendəki “Allianz Arena” ev sahibliyi edəcək. 2029-cu ilin finalı isə Barselonadakı “Camp Nou” stadionunda keçiriləcək. Qeyd edək ki, 2027-ci ildə Çempionlar Liqasının final oyunu Madridin “Metropolitano” stadionunda baş tutacaq. Bəsti Rəfizadə Sfera.az
İdman15.09.2026 15:36

