koma
Əməkdar artist komaya düşüb
Əməkdar artist, tanınmış diktor Sevda Saleh Məmmədzadənin səhhəti ağırlaşıb. Sfera.az xəbər verir ki, komaya düşən diktorun son vəziyyəti ilə bağlı qızı Gültən Ramazanova açıqlama verib. G.Ramazanova Musavat.com -a bildirib ki, anasının vəziyyəti kritikdir və həkimlər onun səhhəti ilə bağlı ümidli deyil: “Anamın böyrəkləri fəaliyyətini dayandırıb. Həkim dedi ki, son saatlarıdır, orqanizm tab gətirmədi. Anam komadan ayılmadı. Hər şey sondur. Həkimlər ümidli deyil. Vəziyyəti hər saat pisləşir”.
Sağlıq18.09.2026 18:19

