kol-kos
Laçında yanğın oldu
Laçın şəhərində yaşayış evlərinin yaxınlığında yanğın baş verib. Sfera.az xəbər verir ki, hadisə şəhərin Qorxmaz Eyvazov küçəsində quru ot və kol-kos olan ərazidə qeydə alınıb. Məlumat daxil olduqdan dərhal sonra hadisə yerinə Laçın Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürmə avtomobili cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun yaşayış evlərinə keçməsinin və daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Nəticədə evlər yanğından mühafizə olunub.
Hadisə07.08.2026 20:56

