KOKAİN
İngiltərədə çaylardan tutulan krevetlərdə KOKAİN İZİ
İngiltərədə aparılan elmi araşdırma zamanı şirin su krevetlərinin orqanizmində kokain və digər kimyəvi maddələrin izləri aşkarlanıb. Sfera.az xəbər verir ki, 2019-cu ildə "Environment International" jurnalında dərc olunan tədqiqatda London Kral Kolleci (King’s College London) və Suffolk Universitetinin alimləri Suffolk qraflığındakı çay hövzələrindən toplanan Gammarus pulex növünə aid krevetləri araşdırıblar. Tədqiqat çərçivəsində su hövzəsinin 15 müxtəlif nöqtəsindən nümunələr götürülüb.
Media30.10.2026 21:45

