Kəngərli rayonu
Naxçıvanda iki bacı bıçaqlandı
Naxçıvanın Kəngərli rayonunda iki qadın bıçaqlanıb. Sfera.az bildirir ki, bıçaqlanma hadisəsi rayonun Qarabağlar kəndində qeydə alınıb. Belə ki, rayon sakini 1973-cü il təvəllüdlü Ağayeva Adilə Sabir qızı və bacısı, 1977-ci il təvəllüdlü Quliyeva Ruhiyə Sabir qızına bıçaqla xəsarət yetirilib. Bacılar xəstəxanaya yerləşdirilib. Hadisəni törətməkdə Adilə Ağayevanın həyat yoldaşı, 1971-ci il təvəllüdlü Əliyev İbrahim Əli oğlu şübhəli bilinir. Faktla bağlı araşdırma aparılır./qafqazinfo
Kriminal26.09.2026 22:46
Kəngərlidə ağır qəza: ölən var
Kəngərlidə avtomobil qəzası olub. Sfera.az xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, “Logan” markalı avtomobil yoldan çıxarıb aşıb. Qəza nəticəsində 1977-ci il təvəllüdlü Əsgərov Sadiq Fərrux oğlu həyatını itirib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.
Hadisə26.09.2026 22:13


