keçiriləcək ilk
Xankəndi stadionunda ilk rəsmi oyunun vaxtı açıqlandı
Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb. Sfera.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, noyabrın 19-da 1-ci Liqanın 8-ci turu çərçivəsində baş tutacaq "Xankəndi" – "Karvan-Yevlax" matçı bu stadionda keçiriləcək. Qarşılaşma saat 16:00-da start götürəcək. "Xankəndi" klubu bundan sonrakı ev oyunlarını da bu şəhərdə keçirəcək. MOİK klubunun Xankəndi stadionundan istifadəsi isə qış fasiləsindən sonraya nəzərdə tutulub.
İdman10.11.2026 10:40

