Kazımova Eminemlə
Aygün Kazımova Eminemlə duet oxuyacaq? - FOTO
Azərbaycanın Xalq artisti Aygün Kazımovanın dünyaşöhrətli amerikalı reper Eminemlə duet hazırladığı iddia olunub. Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib. Paylaşımda Aygün Kazımova rusiyalı müğənni Alla Puqaçova ilə müqayisə edilərək Azərbaycanın musiqi səhnəsindəki mövqeyinə eyham vurulub. Məsələ ilə bağlı Oxu.Az -a açıqlamasında Aygün Kazımovanın mətbuat katibi Zəhra Əhmədova məlumatı təkzib edib: "Xeyr, bu məlumat doğru deyil. Süni intellekt vasitəsilə hazırlanıb".
Maqazin10.11.2026 14:35

