İrkutsk vilayətində
Rusiyada təyyarə radarlardan yoxa çıxıb
İrkutsk vilayətində göyərtəsində iki nəfər olan "Cessna 182" təyyarəsi yoxa çıxıb. Sfera.az xəbər verir ki, bu barədə bölgənin qubernatoru İqor Kobzev "Max" kanalında bildirib. O, təyyarənin Bodaybo rayonunda meşə yanğınlarını izlədiyini izah edib. Göyərtədəki heyətdə müşahidəçi pilot və təyyarə komandiri olub. Qubernator itkin düşmüş "Cessna 182" təyyarəsini axtarmaq üçün Yakutiyadan bir təyyarənin göndəriləcəyinə və daha sonra axtarışa iki helikopterin qoşulacağına söz verib. Baykal-Anqara
Region03.08.2026 20:48

