İranda zəlzələ
İranda zəlzələ oldu
Bu gün Hörmüzqan əyalətinin Taxt şəhərində Rixter cədvəli üzrə 3,8 bal gücündə zəlzələ baş verib. Sfera.az xəbər verir ki, yeraltı təkanlar səhər saat 05:07-də qeydə alınıb. Zəlzələnin ocağı isə 10 kilometr dərinlikdə olub. Hadisə nəticəsində mümkün dağıntı və ya insan itkisi barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Dünya02.08.2026 11:37

