ildırım
Kürdəmirdə 51 yaşlı kişini ildırım vurdu
Kürdəmirdə 51 yaşlı kişini ildırım vuraraq öldürüb. Sfera.az xəbər verir ki, hadisə rayonun Şıxımlı kəndində qeydə alınıb. Belə ki, 1975-ci il təvəllüdlü Ağsu rayon Qasımbəyli kənd sakini Hacıalıyev Zahir Vahid oğlu qoyun otarmaqdan qayıdarkən onu ildırım vurub. O, elə hadisə yerində keçinib. Hadisə yerinə rayonun hüquq mühafizə orqanları əməkdaşları cəlb olunub və onun meyiti ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, hadisə zamanı bir neçə xırdabuynuzlu heyvan tələf
Hadisə29.09.2026 22:01
İldırım ən çox bu ağaclara düşür
Göy gurultusu və ildırım təbiətin ən möhtəşəm hadisələrindən biri olsa da, açıq havada olan insanlar üçün ciddi təhlükə yaradır. Xüsusilə ağacların altında dayanmaq ildırım zamanı ən riskli davranışlardan biri hesab olunur. Bəs ildırım bütün ağaclara eyni dərəcədə düşürmü? Sfera.az xə bər verir ki, məütəxəssislərin fikrincə, ildırımın konkret olaraq müəyyən bir ağac növünü “seçdiyini” demək düzgün deyil. Lakin bəzi ağaclar quruluşuna və yerləşdiyi əraziyə görə ildırım vurmasına daha çox məruz
Maraqlı17.08.2026 20:37
Matç zamanı meydana ildırım düşdü - Futbolçu öldü - Anbaan video
Taylandda futbol oyunu zamanı meydana ildırım düşməsi faciə ilə nəticələnib. Sfera.az xəbər verir ki, hadisə zamanı bir futbolçu həyatını itirib, daha 9 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə ölkənin cənubundakı Narativat əyalətində güclü yağış altında keçirilən futbol matçı zamanı baş verib. Məlumata görə, ildırım birbaşa meydanın mərkəzinə düşüb. Zərbədən sonra bir neçə oyunçu yerə yıxılıb, meydana daxil olan təcili tibbi yardım briqadaları yaralılara ilkin yardım göstəriblər.
Hadisə05.08.2026 10:13



