İcra
İcra başçısı üç vəzifəli şəxsi İŞDƏN ÇIXARDI
Binəqədi Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikləri və təyinatları olub. Sfera.az xəbər verir ki, bununla bağlı icra başçısı Elxan Allahverdiyev sərəncam imzalayıb. Belə ki, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini, Ərazi-təşkilat məsələləri sektorunun müdiri Rauf Həsənov vəzifəsindən azad olunub. Onun yerinə Azər Kərimov təyin edilib. A.Kərimov bu təyinatadək Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektorunda Baş məsləhətçi vəzifəsində çalışıb. Bundan
Cəmiyyət21.10.2026 20:00
İcra hakimiyyətləri ləğv olunur? – 14 iqtisadi rayon modeli gündəmdə
"TƏBİB-in Səhiyyə Nazirliyinə birləşdirilməsi çox düzgün addım oldu. Səhiyyə vahid mərkəzdən idarə edilməlidir. Bunu iki yerə bölmək, hətta icbari tibbi sığortanı ayırmaq problemdir. İcbari tibbi sığortada da, səhiyyənin özündə də problemlər yarandı. Nəhayət, cənab Prezident düzgün qərar verərək məsələni həll etdi. Eləcə də icra hakimiyyəti orqanlarının strukturu da dəyişdirilməlidir". Sfera.az bildirir ki, bu barədə Modern.az -a açıqlamasında sabiq deputat Vahid Əhmədov deyib. Onun fikrincə,
Gündəm20.10.2026 18:29
Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU
Nizami Rayon Məhkəməsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Qaradağ Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurova hökm oxunub. Sfera.az xəbər verir ki, hakim Emin Axundovun sədrliyi ilə keçirilən prosesdə hökmə əsasən, təqsirləndirilən Zülfüqar Mansurov 9 000 manat cərimə cəzasına məhkum edilib. Məhkəmə onun
Cəmiyyət06.10.2026 21:17
Qaradağın icra başçısı kollektivə təqdim olundu
Prezident İlham Əliyevin Sərəncamı ilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Natiq Əliyev sentyabrın 30-da Prezidentin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub. Sfera.az xəbər verir ki, təqdimatda çıxış edən Zeynal Nağdəliyev dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb. N.Əliyev ona göstərilən etimada görə minnətdarlıq
Siyasət30.09.2026 09:48
Qaradağın yeni icra başçısı kimdir?
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Natiq Oruc oğlu Əliyev Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" xəbər verir ki, Əliyev Natiq Oruc oğlu beynəlxalq münasibətlər, dövlət idarəçiliyi və şəhər idarəçiliyi sahələrində geniş peşəkar təcrübəyə malik, tarix üzrə fəlsəfə doktorudur. O, 2007-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2011-ci ildə həmin
Cəmiyyət28.09.2026 22:00
İşdən çıxarılan icra başçısı nazir təyin edildi
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Tarqulu oğlu Nəcəfov vəzifəsindən azad edilib. Sfera.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasında qərar qəbul edilib. Digər qərarla, Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikasının təhsil naziri təyin edilib. Qeyd edək ki, Ovni Muradov ötən gün Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdi.
Cəmiyyət25.09.2026 19:06
Goranboyda iclas keçirildi - Sakinlər saat 18:30-dan etibarən...
Goranboy rayonunun Nizami kəndi ərazisində baş vermiş hadisə ilə əlaqədar Goranboy Rayon İcra Hakimiyyəti başçısı yanında Fövqəladə Hallar Komissiyasının operativ iclası keçirilib. Sfera.az xəbər verir ki, iclasda əhalinin təhlükəsizliyinin təmin edilməsi, sakinlərin yaşayış ünvanlarına təhlükəsiz şəkildə qaytarılması, aidiyyəti dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi və görüləcək təxirəsalınmaz tədbirlər geniş müzakirə olunub. Hadisə baş verən andan etibarən bütün aidiyyəti dövlət
Cəmiyyət02.09.2026 18:47
Elvira Hacıbalayeva vəzifəsindən azad edildi
Xəbər verdiyimiz kimi, avqustun 25-də Qusar Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin Ərazi-təşkilat məsələləri sektorunun müdiri Eldar Hacıbalayev icra başçısı Sahir Məmmədxanovun əmri ilə vəzifəsindən azad edilib. Sfera.az bildirir ki, Eldar Hacıbalayevdən sonra onun həyat yoldaşı – Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar Mədəniyyət Sektorunun müdiri Elvira Hacıbalayeva da vəzifəsini itirib. Elvira Hacıbalayeva vəzifəsindən azad olunması üçün özü
Gündəm28.08.2026 19:04
4 icra hakimiyyətinə 9 milyon manat ayrıldı
Naxçıvan, Şərur, Culfa və Ordubad şəhərlərində 45 istilik qazanxanasının əsaslı təmiri üçün müvafiq şəhər (rayon) icra hakimiyyətlərinə 9 milyon manat ayrılması nəzərdə tutulur. Sfera.az x əbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamında əksini tapıb. Sərəncama əsasən, əsaslı təmir olunacaq 45 istilik qazanxanası ümumilikdə 122
Cəmiyyət12.08.2026 11:33
İcra başçısının nümayəndəsi rəis təyin edildi
Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi vəzifəsinə yeni təyinat olub. Sfera.az bildirir ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri əmr imzalayıb. Əmrə əsasən, rəis vəzifəsinə Abasov Ramil Tahir oğlu təyinat alıb. Qeyd edək ki, R.Abbasov bu təyinatadək Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının Xocəsən qəsəbəsi inzibati ərazi dairəsi nümayəndəsi vəzifəsində çalışıb./unikal
Cəmiyyət10.08.2026 17:29









