Hövsan qəsəbəsi
Bakıda marketin damı çökdü: xəsarət alan var – VİDEO
Bakının Hövsan qəsəbəsində yerləşən SPAR marketin damı çöküb. Sfera.az xəbər verir ki, bu barəd görüntülər sosial mediada yayılıb. Bildirilir ki, hadisə Mirzəağa Əliyev küçəsində baş verib. Damın çökməsi zamanı bir nəfər dağıntılar altında qalıb. Hadisə yerinə FHN -in xilasediciləri cəlb olunub və dağıntılar altında qalan şəxs xilas edilib. İlkin məlumata görə, xəsarət alan şəxsin həyati təhlükəsi yoxdur. Hadisə ilə bağlı araşdırma aparılır./globalinfo
Cəmiyyət15.08.2026 10:25
Suraxanıda qəbiristanlıqda ACINACAQLI VƏZİYYƏT - VİDEO
Baku TV-nin qaynar xəttinə Suraxanı rayonunun Hövsan qəsəbəsində, "Beton zavod" deyilən ərazidə yerləşən qəbiristanlığın vəziyyəti ilə bağlı müraciət daxil olub. Sfera.az xəbər verir ki, vətəndaşlar qəbiristanlıqda uzun müddətdir təmizlik işlərinin aparılmadığını, qəbirlərin ətrafını alaq otlarının basdığını bildirirlər. Çəkiliş zamanı ərazidə bir sıra qəbirlərin ətrafında hündür və quru otların olduğu, bəzi yerlərdə isə alaq otlarının qəbir daşlarına qədər yayıldığı müşahidə olunub.
Hadisə12.08.2026 20:09


