hospitalizasiya
Cəlilabadda bədbəxt hadisə baş verib
Cəlilabadda bədbəxt hadisə baş verib. Sfera.az xəbər verir ki, hadisə rayonun Hamarqışlaq kəndindəki fermada qeydə alınıb. Belə ki, fermada gözətçi işləyən Goranboy sakini, 1963-cü il təvəllüdlü Məhərrəm Bayramov ov tüfəngindən açdığı atəş nəticəsində ağır xəsarət alıb. Döş boşluğundan yaralanan M.Bayramov təcili olaraq rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Faktla bağlı araşdırma aparılır./qafqazinfo
Kriminal22.09.2026 18:11

