Həmkarlar İttifaqları
Qəzənfər Abdullayev vəzifəsindən azad edildi
Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədri işdən azad edilib. Sfera.az xəbər verir ki, bu gün Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının iclası keçirilib. İclasda şuranın sədrinin işdən azad olunması məsələsinə baxılıb. Şuranın qərarına əsasən, Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev vəzifəsindən azad edilib. Yeni sədr təyin olunanadək sədr vəzifəsi müavin Xatirə İbrahimliyə həvalə edilib./qaynarinfo
Cəmiyyət07.10.2026 13:43
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev istefa verib. Sfera.az xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası oktyabrın 8-də Qəzənfər Abdullayevin istefa ərizəsinə baxacaq. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından fakt təsdiqlənib. Bildirilib ki, Qəzənfər Abdullayev səhhətində yaranan problemlərlə əlaqədar öz ərizəsi ilə vəzifəsindən istefa verib. Qeyd edək ki, son
Gündəm24.09.2026 18:47


