hava şəraiti yağmursuz
Sabah 36 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında iyulun 3-də hava şəraiti yağmursuz olacaq.Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq.Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq.
Cəmiyyət02.07.26, 12:44

