Güləş
Üç güləşçimiz dünya çempionatında yarımfinala yüksəldi
Azərbaycanın 3 güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 dünya çempionatında yarımfinala yüksəlib. Sfera.az bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, Yunan-Roma güləşində Ayxan Cavadov (60 kiloqram) 1/8 finalda fransalı Maqomed Varayevi 9:0, 1/4 finalda isə braziliyalı Pedro Enrike de Souza Rodriqesi 6:2 hesabı ilə məğlub edib. O, yarımfinalda iranlı Əmirəli Heydəri ilə qarşılaşacaq. Elmin Əliyev (82 kiloqram) gürcüstanlı Luka Pipiya və yaponiyalı
İdman18.08.2026 19:30
Dünya çempionatı: İki güləşçimiz 1/4 finala yüksəldi
Azərbaycanın sərbəst güləşçisi İbrahim Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatına qələbə ilə başlayıb. Sfera.az xəbər verir ki, 51 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda gürcüstanlı Giorgi Narimanidzeni 4:2 hesabı ilə üstələyərək növbəti mərhələyə vəsiqə qazanıb. Həmçinin, 45 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Tunar Həsənov 1/8 finalda bolqarıstanlı Radoslav Velikovu 4:1 hesabı ilə üstələyərək növbəti mərhələyə yüksəlib.
İdman01.08.2026 14:57
Erməni güləşçilər Bakıya gəldilər
Ermənistanın 17 yaşadək yunan-Roma güləşi üzrə milli komandası Bakıda keçiriləcək dünya çempionatında iştirak etmək üçün Azərbaycana gəlib. Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Güləş Federasiyası məlumat yayıb. Məlumata görə, Ermənistan yığması sərbəst güləşdə 6, yunan-Roma güləşində isə 10 idmançı ilə mübarizə aparacaq. Qeyd edək ki, güləş üzrə U-17 dünya çempionatı 27 iyul-2 avqustda Bakıda keçiriləcək.
Dünya26.07.2026 12:30



