Gənclər və İdman Nazirliyi
Nazir ona yüksək vəzifə verdi - FOTO
Gənclər və İdman Nazirliyinin Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisinə yeni müavin təyin olunub. Sfera.az xəbər verir ki, bununla bağlı nazir Fərid Qayıbov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Murad Həsənli Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisinin müavini təyin olunub. Qeyd edək ki, M.Həsənli bu təyinatadək İdarənin Gənclərlə iş sektorunun müdiri vəzifəsində çalışıb.
İdman06.08.2026 11:16

