gələcəkdə
"Süni intellekt insan ehtiyaclarını ödəyə biləcək" - Mask
“SpaceX” şirkətinin təsisçisi İlon Mask hesab edir ki, gələcəkdə süni intellekt insanın bütün ehtiyaclarını, o cümlədən səhiyyə sahəsindəki tələbatını ödəmək imkanına malik olacaq. Sfera.az xəbər verir ki, o, bu barədə amerikalı investor Ron Baronla müsahibəsində bildirib. Maskın sözlərinə görə, superintellekt bəşəriyyətin bütün ehtiyaclarını təmin edəcək, insanların gəlirləri əhəmiyyətli dərəcədə artacaq və səhiyyə xidmətlərinin səviyyəsi indiki ən qabaqcıl imkanları belə geridə qoyacaq.
Maraqlı07.11.2026 10:32

