Fövqəladə Hallar
Goranboyda iclas keçirildi - Sakinlər saat 18:30-dan etibarən...
Goranboy rayonunun Nizami kəndi ərazisində baş vermiş hadisə ilə əlaqədar Goranboy Rayon İcra Hakimiyyəti başçısı yanında Fövqəladə Hallar Komissiyasının operativ iclası keçirilib. Sfera.az xəbər verir ki, iclasda əhalinin təhlükəsizliyinin təmin edilməsi, sakinlərin yaşayış ünvanlarına təhlükəsiz şəkildə qaytarılması, aidiyyəti dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi və görüləcək təxirəsalınmaz tədbirlər geniş müzakirə olunub. Hadisə baş verən andan etibarən bütün aidiyyəti dövlət
Cəmiyyət02.09.2026 18:47
Ötən həftə yanğın nəticəsində 13 nəfər ölüb
Ötən həftə 685 yanğına çıxış olub. Bu barədə Sfera.az -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 685 yanğına çıxış, 33 halda köməksiz vəziyyətdə qalma, 6 avtonəqliyyat qəzası və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi,
Cəmiyyət17.08.2026 10:20
Qarabağ kanalında bir nəfər batdı
Qarabağ kanalında bir nəfər batıb. Bu barədə Sfera.az -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qarabağ kanalının Beyləqan rayonu, İkinci Aşıqlı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.
Hadisə16.08.2026 11:32
Bərdədə açıq sahədə yanğın oldu
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bərdə rayonunun Zümürxan kəndi ərazisində açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə Sfera.az -a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Bərdə Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən
Hadisə06.08.2026 15:03
Mingəçevirdə yeniyetmə kanalda batdı
Mingəçevir şəhəri, Qarabağ suvarma kanalında 1 nəfər batıb. Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Hazırda vətəndaş - 2012-ci il təvəllüdlü Şərifzadə Nicat Yalçın oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
İdman05.08.2026 20:42
Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu - FOTO
Fövqəladə Hallar Nazirliyinin Aparatında şöbə rəisi vəzifəsindən azad olunub. Sfera.az xəbər verir ki, FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin Tibbi və psixoloji yardımın təşkili şöbəsinin rəisi leytenant Çillər Əsədli öz ərizəsi ilə vəzifəsindən azad edilib. Bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb. Qeyd edək ki, Çillər Əsədli Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin
Cəmiyyət01.08.2026 14:02
Bakıda evdə meyit tapıldı
Bakıda evdə bir nəfərin meyiti tapılıb. Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən 2 əməliyyat keçirilib. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərə müvafiq köməklik göstərilib, 1 nəfərin
Hadisə26.07.2026 11:08
Kəmaləddin Heydərovdan YENİ TƏYİNAT
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinə yeni rəis təyin edilib. Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə daxili xidmət polkovnik-leytenantı Hikmət Əliyev sözügedən vəzifəyə təyin olunub. Qeyd edək ki, polkovnik-leytenantı Hikmət Əliyev bundan əvvəl DYNX-nın Şimal Regional Dövlət Yanğın Nəzarəti idarəsinin rəisi vəzifəsində çalışıb. FHN-dən
Cəmiyyət30.06.2026 21:44








