Fatimə Hüseynova
Ukraynada daha bir azərbaycanlı həyatını itirdi
Rusiya ordusunun Ukraynanın Xarkov şəhərinə zərbələri nəticəsində daha bir Azərbaycan vətəndaşı həyatını itirib. Sfera.az bildirir ki, əslən Kürdəmir rayonunun Ərəbqubalı kənd sakini olan, 2003- ci il təvəllüdlü Fatimə Hüseynova Bakı şəhərində doğulub və orada yaşayıb. O, Rusiya ordusunun endirdiyi zərbələr nəticəsində Xarkov şəhərində həyatını itirib. Məlumata görə, Fatimə Hüseynova Xarkov Tibb Universitetinin 6-cı kurs tələbəsi olub. O, diplom almaq məqsədilə Azərbaycandan Xarkova gedib.
Dünya02.07.2026 23:31

