fasilə yaranacaq
Sabah üç rayon və bir şəhərdə qaz olmayacaq
Sabah üç rayon və bir şəhərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Sfera.az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismar İdarəsi məlumat yayıb. Bildirilib ki, "Qaz İxrac" İdarəsi tərəfindən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar 22.10.2026-cı il tarixində saat 08:00-dan işlər yekunlaşanadək İmişli və Saatlı rayonlarının, Sabirabad rayonunun böyük hissəsinin, Şirvan şəhərinin Bayramlı qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Cəmiyyət21.10.2026 09:30
Bu kəndlərdə qaz olmayacaq
Sabah Cəlilabad rayonunun 12 yaşayış məntəqəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Sfera.az xəbər verir ki, buna səbəb payız-qış mövsümünə hazırlıq işləridir. Belə ki, 17 avqust saat 10:00-dan işlər yekunlaşanadək Cəlilabad şəhərinin Cavadxan, Ə.Cavad, Səttərxan-3, N. Tusi küçələrinin, həmçinin Abdullu, Fərzili, Zopun, Suluçeşmə, Astanlı, Əliabad, Məşədivəlli, Sərhədabad, Çünəxanlı, Cəfərli və Həsənli kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Hadisə16.08.2026 16:47


