əyləncəli
Serenay Sarıkayadan Disneylend paylaşımı – Foto
Məşhur aktrisa Serenay Sarıkayanın Disneylenddə keçirdiyi əyləncəli anlar sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. Sfera.az xəbər verir ki, Paris moda həftəsi çərçivəsində keçirilən tədbirlərdə iştirak etmək üçün Fransaya gedən Serenay Sarıkaya boş vaxtını əyləncəyə ayırıb. Məşhur aktrisa Parisdə yerləşən Disneylend əyləncə parkını ziyarət edib. Sarıkaya burada rəngli üz boyaları ilə pozalar verib və gün ərzində yaşadığı əyləncəli anları sosial media hesabında izləyiciləri ilə bölüşüb.
Media29.09.2026 00:03

