evin temperaturu
Qışda evin temperaturu neçə dərəcə olmalıdır?
Qış aylarında evin temperaturunun düzgün tənzimlənməsi həm rahatlıq, həm də sağlamlıq baxımından mühüm əhəmiyyət daşıyır. Mütəxəssislər soyuq havalarda mənzildə temperaturun müəyyən həddən aşağı düşməməsini tövsiyə edirlər. Sfera.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsinə əsasən, soyuq mövsümdə evin temperaturu ən azı 18 dərəcə olmalıdır. Bu göstərici mülayim və soyuq iqlim şəraitində yaşayan insanların sağlamlığını qorumaq üçün minimum təhlükəsiz hədd hesab edilir.
Media26.11.2026 22:38

