Ermənistan Rusiya
Ermənistan Rusiya ilə razılığa gəldi
Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 6-da Yekaterinburqda rusiyalı həmkarı Mixail Mişustinlə görüşündə ölkəsinin ixrac məhsullarına tətbiq edilən məhdudiyyətlərlə bağlı razılığa gəldiklərini açıqlayıb. Sfera.az xəbər verir ki, tərəflər arasında keçirilən müzakirələri açıq, səmimi və dostluq mühitində kimi qiymətləndirən N. Paşinyan detalları hazırda gizli saxlayıb: "Razılaşmaların təfərrüatlarını açıqlamayacağam. Gözləyək ki, onlar reallığa çevrilsin və nəticəni özünüz görəsiniz".
Region09.07.2026 13:37

