ərazidə yanğın
Ağdamda minalanmış ərazidə yanğın başlayıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ağdam rayonu istiqamətində, Ağdam-Füzuli avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə Sfera.az-a FHN-dən bildirilib. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Ərazinin minalanmış olması yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirir. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir. Əlavə
Hadisə19.07.2026 13:12

