ərazidə
Yıldız Tilbenin konsertində dava düşdü
İzmirdə keçirilən beynəlxalq sərgi çərçivəsində səhnəyə çıxan Yıldız Tilbenin konsertində dava düşüb. Sfera.az xəbər verir ki, sentyabrın 7-də Kültürparkda təşkil olunan konsert zamanı minlərlə insanın olduğu ərazidə naməlum səbəbdən mübahisə yaranıb. Qısa müddətdə böyüyən mübahisə əlbəyaxa davaya çevrilib. Hadisəyə polis müdaxilə edib. Asayişi pozan şəxslər konsert ərazisindən uzaqlaşdırılıb və vəziyyət nəzarətə götürülüb. Qısa müddətli gərginlikdən sonra konsert fasiləsiz şəkildə davam edib.
Media08.09.2026 16:25
Bakının bu məşhur bazarında gərginlik - VİDEO
Bakının Nizami rayonunda, xalq arasında "8-ci kilometr bazarı" kimi tanınan ərazidə çalışan ticarətçilər ciddi problemlə üzləşiblər. Onlar uzun illərdir fəaliyyət göstərdikləri ərazidən çıxarılmaları səbəbi ilə narazılıqlarını bildirirlər. Sfera.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bəhs olunur. Ticarətçilərin sözlərinə görə, 20-25 ildir ki, məhz bu ərazidə satışla məşğul olurlar. Lakin son vaxtlar aidiyyəti qurumlar tərəfindən onlara ərazini tərk etmələri barədə göstəriş
Cəmiyyət28.06.2026 18:11


