Əməkdar artist
Çingiz Əhmədovun kökəlməsinin səbəbi "Coca-Cola" imiş
Əməkdar artist Çingiz Əhmədov xeyli çəki alıb. Aktyorun kökəlməsinə isə maraqlı bir səbəb olub. Sfera.az xəbər verir ki, Çingiz Əhmədov vaxtilə aparıcılıq etdiyi mətbəx verilişində “Coca-Cola”nın reklamını edib. Məhz həmin dövrdə aktyorun çəkisi 8-10 kiloqram artıb. Qaynarinfo-ya açıqlamasında aktyor artıq çəkidən qurtulmağın onun üçün heç də asan olmadığını bildirib. O, əvvəlki çəkisinə qayıtmaq üçün bir il əziyyət çəkdiyini deyib: “Arıqlamaq mənə ağır başa gəldi. Bir ilə güclə arıqladım. İndi
Maqazin22.10.2026 22:02
Cabir Abdullayev oğluna gəlinsiz toy etdi - (Video)
Əməkdar artist Cabir Abdullayev oğlu Nicat üçün toy məclisi təşkil edib. Sfera.az xəbər verir ki, paytaxtdakı məkanlardan birində baş tutan toy mərasimində əsasən kişilər iştirak edib və gəlin olmayıb. Məclisdən görüntüləri qonaqlar sosial şəbəkə hesablarında paylaşıblar. Gecədə şou-biznes nümayəndələri də yer alıblar. (Axşam.az)
Maqazin06.10.2026 19:53
Elnarə Abdullayeva nənə olacaq - VİDEO
Əməkdar artist Elnarə Abdullayeva nənə olacaq. Sfera.az bildirir ki, bu barədə aparıcı Aytəkin Mərdanova “Qonaqcanlı” verilişində məlumat verib. O bildirib ki, xanəndənin qızı Xədicə ana olmağa hazırlaşır. E.Abdullayeva xəbəri təsdiqləyərək “Allah qismət eləsin, tezliklə məni təbrik edəcəksiniz” sözlərini deyib. ( Axşam.az)
Maraqlı26.09.2026 18:11
Səhhəti ağırlaşan Firuzə İbadovanın son vəziyyəti açıqlandı
Xəbər verdiyimiz kimi, əməkdar artist Firuzə İbadova təxminən iki həftə əvvəl ağır vəziyyətdə xəstəxanaya aparılıb. Sənətçinin qızı Hülya anasının əməliyyat olunduğunu və reanimasiyaya yerləşdirildiyini bildirib. Sfera.az xəbər verir ki, F.İbadovanın son durumu ilə bağlı bakupost.az -a açıqlama verən meneceri onun artıq xəstəxanadan evə buraxıldığını deyib. Menecerin sözlərinə görə, Firuzə İbadovanın müalicəsi davam etdirilir: “Xəstəxanadan çıxıb, evdədir. Vəziyyəti hələlik orta-stabildir.
Sağlıq21.09.2026 20:39
Əməkdar artist komaya düşüb
Əməkdar artist, tanınmış diktor Sevda Saleh Məmmədzadənin səhhəti ağırlaşıb. Sfera.az xəbər verir ki, komaya düşən diktorun son vəziyyəti ilə bağlı qızı Gültən Ramazanova açıqlama verib. G.Ramazanova Musavat.com -a bildirib ki, anasının vəziyyəti kritikdir və həkimlər onun səhhəti ilə bağlı ümidli deyil: “Anamın böyrəkləri fəaliyyətini dayandırıb. Həkim dedi ki, son saatlarıdır, orqanizm tab gətirmədi. Anam komadan ayılmadı. Hər şey sondur. Həkimlər ümidli deyil. Vəziyyəti hər saat pisləşir”.
Sağlıq18.09.2026 18:19
Firuzə İbadova xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır
Əməkdar artist Firuzə İbadova xəstəxanaya yerləşdirilib. Sfera.az xəbər verir ki, bu haqda aparıcı Elgiz Əkbər yutubdakı verilişində deyib. O bildirib ki, müğənninin vəziyyəti ağırdır. Daha sonra F.İbadovanın qızı Hülya verilişə zəng edərək "Əməliyyat olunub, reanimasiyaya yerləşdirilib. Vəziyyəti orta stabildir. Bir az təzyiqində problem var" sözlərini deyib.\\axsam.az
Maqazin09.09.2026 18:20
Əməkdar artist vəfat etdi
Əməkdar artist Züleyxa Hacıyeva 103 yaşında vəfat edib. Sfera.az bildirir ki, bu barədə AzTV-nin Mətbuat xidmətindən məlumat verilib. Züleyxa Hacıyeva 1942-1992-ci illərdə Azərbaycan Radiosunda bir çox verilişlərin – “Səhər gimnastikası”, “Poeziya dəqiqələri”, “Axşamınız xeyir” və s. aparıcısı olub. Həmçinin o, XX əsrdə Azərbaycanın 10 ən görkəmli idmançılarından biri kimi tanınır. Z.Hacıyeva idman sahəsində xidmətlərinə görə SSRİ idman ustası, gimnastika üzrə 7 dəfə Azərbaycan çempionu adına
Cəmiyyət02.09.2026 22:00
Əməkdar artist qaydaları pozdu – VİDEO
Əməkdar artist Aqşin Abdullayev yol hərəkəti qaydalarını kobudcasına pozub. Sfera.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, qayda pozuntusuna aid görüntüləri sənətçi özü sosial şəbəkə hesabında paylaşıb. Məlum olub ki, A.Abdullayev 90-RX-200 dövlət qeydiyyat nişanlı “Cadillac” markalı avtomobili yolun hərəkət hissəsinin ortasında saxlayıb. O, avtomobili tərk edərək yolun ortasında mahnı oxumağa başlayıb. Bu zaman hər hansı təhlükəsizlik tədbiri, xəbərdarlıqedici nişan qoyulmayıb. Nəticədə,
Maqazin10.08.2026 12:43
“Toppuş bacı”nın ailəsində daha bir ağır itki
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın atası Məcid Əliyev vəfat edib. Sfera.az xəbər verir ki, M.Əliyev bu gün 88 yaşında dünyasını dəyişib. Qeyd edək ki, bir müddət əvvəl onun qardaşı Elxan Bayramov vəfat etmişdi. Xatırladaq ki, “Toppuş bacı” ləqəbi ilə tanınan aktrisa onkoloji xəstəlikdən əziyyət çəkirdi və 2023-cü ildə vəfat edib./globalinfo
Maqazin07.08.2026 14:31










