Elvinin MRT
Elvinin MRT müayinəsinin nəticəsi - Açıqlandı
"Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyevin MRT yoxlanışının nəticəsi bəlli olub. Bu barədə Sfera.az -a klubdan məlumat verilib. "Futbolçumuzun sağlamlığında hansısa bir problem aşkarlanmayıb, komanda ilə məşqlərini davam etdirir”, - deyə məlumatda vurğulanıb. Qeyd edək ki, Elvin "Dinamo” – "Qarabağ” matçında zədələnib və 75-ci dəqiqədə məcburi şəkildə əvəzlənib. Xatırladaq ki, matç avqustun 6-da "Lublin Arena”da keçirilib və "Dinamo”nun 1:0 minimal hesablı qələbəsi ilə yekunlaşıb.
İdman09.08.2026 21:00

