Əli Xameneinin vida
Xameneinin nəşi İraqa aparılacaq
İranın mərhum ali dini lideri Seyyid Əli Xameneinin vida mərasimi İraqda da keçiriləcək. Sfera.az xəbər verir ki, vida mərasimləri iyulun 8-də İraqın Kərbəla və Nəcəf şəhərlərində keçiriləcək. Qeyd edək ki, bundan sonra Xamenei iyulun 9-da İranın Məşhəd şəhərində dəfn olunacaq. Xatırladaq ki, ABŞ və İsrailin fevralın 28-də İrana hücumu zamanı həyatını itirən Xameneinin vida mərasimi hazırda İranda keçirilir. 6-7 iyul tarixlərində Qum şəhərində də vida mərasimi olacaq.
Dünya04.07.2026 16:35

