əkinçi
Həsən bəy Zərdabinin anım günüdür: Azərbaycan mətbuatının banisi kim olub?
Bu gün Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi, publisist və ictimai xadim Həsən bəy Zərdabinin vəfatından 119 il ötür. Sfera.az bildirir ki, Həsən bəy Zərdabi 1842-ci ildə Şamaxı qəzasının Zərdab kəndində anadan olub. O, həyatını xalqın maariflənməsinə, təhsilin inkişafına, milli şüurun formalaşmasına və cəmiyyətin tərəqqisinə həsr edib. Zərdabi Azərbaycan tarixində ilk milli mətbu orqanın – 1875-ci il iyulun 22-də nəşrə başlayan “Əkinçi” qəzetinin yaradıcısı kimi tanınır.
Cəmiyyət28.11.2026 12:12

