Ehtimal
Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir
Ermənistanın Qafan meşə təsərrüfatına daxil olan Çakaten meşəbəyliyi ərazisində qanunsuz ağac kəsimi faktı aşkarlanıb. Sfera.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Məlumata görə, ərazidə ekopatrul xidmətinin əməkdaşları tərəfindən yoxlama aparılıb. Yoxlama zamanı hadisə yerində olan iki nəfərin kəsilmiş ağacların qanuni mənşəyini təsdiqləyən sənədləri təqdim edə bilmədiyi bildirilib. Aşkarlanan oduncaq mühafizə üçün meşə təsərrüfatına təhvil verilib.
Region24.10.2026 17:06

