Əfqan Cəlilov
Əfqan Cəlilovdan yeni təyinat
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"ndə (ASCO) yeni kadr təyinatı olub. Sfera.az bildirir ki, bununla bağlı QSC-nin İdarə Heyəti sədri Əfqan Cəlilov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Murad Veysov ASCO-nun Xəzər Dəniz Neft Donanmasının Təchizat xidmətinin rəisi təyin olunub. Qeyd edək ki, M.Veysov yeni təyinatadək "AzInTelecom"u Təchizatın idarəedilməsi departamentinin Aktivlərin idarəedilməsi şöbəsinin müdiri vəzifəsində çalışıb./iqtisadiyyat.az
Gündəm08.09.2026 18:13

