Əcəmi metro
Bakıda avtomobil “Arzum” mağazasına çırpıldı – FOTO
Bakının "Memar Əcəmi" metro stansiyasının yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisənin görüntüləri “Threads” sosial şəbəkəsində paylaşılıb. Məlumata görə, iki avtomobil toqquşub, onlardan biri “Arzum” mağazasının girişinə çırpılıb. Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları gəlib. Qəza nəticəsində xəsarət alanların olub-olmadığı hələlik məlum deyil. İradə Elsevər Sfera.az
Hadisə02.11.2026 11:12

