direktor
Taleh Kazımov onu direktor təyin etdi
Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sektorunun dayanıqlı inkişafı departamentinə yeni direktor təyin edilib. Sfera.az x əbər verir ki, bu təyinatla əlaqədar AMB-nin sədri Taleh Kazımov müvafiq əmr imzalayıb. Həmin əmrə uyğun olaraq, qeyd olunan vəzifə Məhəmməd Məhərrəmliyə tapşırılıb. O, avqust ayında vəzifəsini tərk etmiş Rüstəm Tahirovun yerinə bu posta gətirilib./unikal
Cəmiyyət23.10.2026 18:02
Entoni Teylor MHK-ya yeni sədr seçildi
Türkiyə Futbol Federasiyası (TFF) Mərkəzi Hakimlər Komitəsinin (MHK) yeni sədrini müəyyənləşdirib. Sfera.az xəbər verir ki, bu vəzifəyə ingiltərəli sabiq hakim Entoni Teylor təyin olunub. Bu barədə TFF-nin mətbuat xidməti məlumat yayıb. O, istefa verən Ferhat Gündoğdunu əvəzləyib. Buna qədər Türkiyədə elit hakimlər üzrə direktor vəzifəsində çalışan Teylor federasiyanın İdarə Heyətinin qərarı ilə yeni posta gətirilib. MHK-nın üzvlüyünə isə Alan Snoddi, İqor Radoyiçiç və Barış Şimşek təyin
İdman20.10.2026 21:12
Məktəb direktoru vəfat etdi
Sumqayıtda təhsil ictimaiyyətinə ağır itki üz verib. Sfera.az xəbər verir ki, Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbin direktoru Fatma Bayramova uzun sürən xəstəlikdən sonra vəfat edib. 1978-ci il təvəllüdlü Fatma Bayramova yaşadığı evdə dünyasını dəyişib. Onun vəfatı çalışdığı kollektiv, şagirdləri, valideynlər və onu tanıyan hər kəs üçün ağır xəbər olub. Qeyd edək ki, Fatma Bayramova da ömrünün mühüm bir hissəsini bu məsuliyyətli işə həsr edib. İndi onun rəhbərlik etdiyi məktəbin
Cəmiyyət06.10.2026 19:11
Bu mərkəzə direktor təyin edildi
Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsi Yanında İdarə Sənədlərini Qaydaya Salan Mərkəzə yeni direktor təyin edilib. Sfera.az bildirir ki, müvafiq əmrlə Hüseynov Ədalət İsmayıl oğlu sözügedən vəzifəyə təyin olunub. Məmmədov Hidayət Elman oğlu isə həmin vəzifədən azad edilib. Qeyd edək ki, mərkəz direktoru təyin olunan Ədalət Hüseynov bu ilin iyunun 1-də təqaüd yaşına çatması ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadi məsələlər şöbəsinin müdir müavini
Cəmiyyət28.09.2026 18:10
Gəncədə işdən çıxarılan direktor yeni vəzifəyə təyin olundu
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının sabiq direktoru İlkin İsmayılov yeni vəzifəyə təyin olunub. Sfera.az bildirir ki, o, Xankəndi şəhərində yerləşən Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsində müəllim, fakültənin nəzdində fəaliyyət göstərən klinikada isə cərrah kimi fəaliyyət göstərir. Məlumat üçün bildirək ki, İ. İsmayılov bir neçə ay öncə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru vəzifəsindən azad edilmişdi./teleqraf
Cəmiyyət01.09.2026 19:34
Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayır
Dövlət ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri və digər profillər üzrə direktor müavini vəzifələrinə işə qəbul prosesinin elektron sənəd qəbulu mərhələsinə start verilir. Sfera.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi MÜTDA məlumat yayıb. Bildirilib ki, elektron qeydiyyat avqustun 24-ü saat 15:00-dan başlayaraq avqustun 27-si saat 15:00-dək davam edəcək. Namizədlər müvafiq keçid (miq.edu.az/muavin) vasitəsilə müraciət edə bilərlər. Müsabiqə seçim
Təhsil23.08.2026 13:30
Bu təhsil mərkəzinə direktor təyin edildi
İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə təhsil Mərkəzinə yeni direktor təyin edilib. Sfera.az bildirir ki, bu vəzifəyə Səbinə Hacıyeva təyinat alıb. Qeyd edək ki, S.Hacıyeva 2025-ci ildə “Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi”nin tədris və təlim işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib, daha sonra həmin Mərkəzin direktoru vəzifəsinin icrası ona həvalə olunub./unikal
Cəmiyyət28.07.2026 18:07








