Çempionlar Liqasında
Çempionlar Liqasında mövsümə start verildi
UEFA Çempionlar Liqasının 2026-2027 mövsümündə ilk turun oyunlarına start verilib.Sfera.az xəbər verir ki, açılış günündə iki qarşılaşma baş tutub. Belçikada “Brügge” İngiltərənin “Aston Villa” klubunu qəbul edib və görüş qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Digər görüşdə Yunanıstanın AEK klubu Avstriya təmsilçisi LASK-ı 1:0 hesabı ilə məğlub edib.
İdman09.09.26, 00:02

