Bilgəh qəsəbəsi
Bakıda FACİƏ: 2 nəfər dənizdə batdı
Bakıda 2 nəfər dənizdə batıb. Fövqəladə Hallar Nazirliyindən Sfera.az -a bildirilib ki, hadisə Sabunçu rayonu, Bilgəh qəsəbəsində, nəzarətsiz ərazidə qeydə alınıb. “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Hazırda vətəndaşların batdıqları ehtimal olunan istiqamətlərdə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.
Hadisə19.09.2026 18:34

