bıçaqlanma
Bakıda 17 yaşlı oğlan bıçaqlandı
Bakıda gənc oğlan bıçaqlanıb. Sfera.az xəbər verir ki, hadisə axşam saatlarında baş verib. Bakı şəhər sakini, 2009-cu il təvəllüdlü Rövşən Əsgərov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır./oxu.az
Kriminal18.11.2026 23:08
Mingəçevirdə 21 yaşlı şəxs qonşusunu bıçaqladı
Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə şəhərin Şəfa Bağları adlanan yaşayış massivində qeydə alınıb. 21 yaşlı Ələkbər Osmanov mübahisə zəmnində qonşusu 39 yaşlı Şahid Məmmədovu bıçaqlayıb. İlkin məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində Ə.Osmanov saxlanılıb. Faktla bağlı Mingəçevir Polis Şöbəsində araşdırma başlanılıb./teleqraf
Kriminal05.11.2026 22:53
Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş – Video
Bakı Humanitar Kollecində tələbələr arasında baş verən bıçaqlanma hadisəsi ilə bağlı təfərrüat məlum olub. Sfera.az xəbər verir ki, hadisə ilə bağlı şahidlər danışıb. Onların sözlərinə görə, həmin şəxslərdən biri kollecin digər korpusunda təhsil alıb və səhər saatlarında bu binaya gəlib. Şahidlər bildirirlər ki, hadisəyə səbəb bir qız olub. Kollecin məlumatına əsasən, xəsarət alan tələbəyə müvafiq tibbi yardım göstərilib. Hazırda səhhətinin qənaətbəxş olduğu deyilir. Ətraflı Xəzər TV-nin
Kriminal05.11.2026 22:11
Gəncədə 28 yaşlı kişi bıçaqlandı
Gəncədə bıçaqlanma hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, şəhər sakini 1998-ci il təvəllüdlü R. Zeynalov qarın boşluğunun kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Dərhal o əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. 28 yaşlı həmin şəxsin hansı şəraitdə bıçaqlanması məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır./apa
Cəmiyyət20.08.2026 21:52




