Bernala
Lamin Yamalı başı ilə vurmuşdu: Cəzası açıqlandı
“Barselona” ilə “Real Betis” arasında keçirilən matçda Lamin Yamalı başı ilə vuran “Real Betis”in futbolçusu Fakundo Bernala verilən cəza açıqlanıb. Sfera.az xəbər verir ki, “Barselona”nın səfərdə “Real Betis”i 5:2 hesabı ilə məğlub etdiyi qarşılaşmada baş verən insident Bernalın cəzalandırılması ilə nəticələnib. Hadisə matçın 54-cü dəqiqəsində başlayıb. “Real Betis”in qapıçısı Alvaro Valles yerdə olarkən Fermin Lopesin onu ayağa qaldırmağa çalışması tərəflər arasında mübahisəyə səbəb olub.
İdman22.10.2026 12:14

