Berdiməhəmmədovla
Ərdoğan Berdiməhəmmədovla telefonda danışdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla telefon danışığı aparıb. Sfera.az xəbər verir ki, söhbət zamanı Türkiyə-Türkmənistan ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunub. Ərdoğan Türkiyə ilə Türkmənistan arasında əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi üçün zəruri addımların atılacağını bildirib.
Dünya29.06.2026 22:20

