balıqçılıq subyektləri
Milli Məclis “Balıqçılıq haqqında” qanun layihəsini qəbul etdi
"Balıqçılıq haqqında” yeni qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşdan sonra qəbul edilib. Sfera.az xəbər verir ki, qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Qanun layihəsi 8 fəsil, 30 maddədən ibarətdir. Layihəyə əsasən, balıqçılıq sahəsində idarəetmənin rəqəmsallaşdırılması, informasiya sistemləri vasitəsilə balıqçılıq subyektləri, istifadə edilən resurslar və dövriyyəyə daxil olan məhsullar üzrə məlumatların uçotu və izlənməsi mexanizmləri yaradılacaq.
İqtisadiyyat14.07.2026 11:42

