Azərbaycan millisinin rəqibləri
Azərbaycan millisinin rəqibləri bilindi
Azərbaycanın qadınlardan ibarət milli komandasının UEFA Millətlər Liqasının 2027/2028 mövsümündəki rəqibləri bəlli olub. Sfera.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi yığma C Liqasının 2-ci qrupunda mübarizə aparacaq. Komandanın rəqibləri Latviya, Gürcüstan və Lixtenşteyn olacaq. Qrup mərhələsində komandalar bir-biri ilə evdə və səfərdə qarşılaşacaqlar. Qeyd edək ki, liqa mərhələsinin oyunları 2027-ci ilin fevral-iyun aylarında keçiriləcək.
İdman03.11.2026 21:46

