Azərbaycan millisi
Boksçularımız Avropa çempionatında 2 medal qazanıb
Boks üzrə Azərbaycan millisi Serbiyanın Loznitsa şəhərində U-19 Avropa çempionatında daha bir medal qazanıb. Azərbaycan Boks Federasiyasından Sfera.az -a verilən məlumata görə, yığmamızın aktivinə növbəti mükafatı Əli Baxışov yazdırıb. 60 kiloqramda çıxış edən boksçu yarışı gümüş medalla başa vurub. Beləliklə, Azərbaycan millisi 35 ölkədən 354 boksçunun qatıldığı Avropa çempionatında 1 gümüş və 1 bürünc medala sahib olub. Baxışovdan öncə Banuçiçək Nəsirli (48 kiloqram) 3-cü yeri tutub.
İdman21.08.2026 21:02

