Azər Mursaqulov
Azər Mursaqulov idarə rəisini işdən çıxardı
Daha bir rayonun statistika idarəsinin rəisi işdən çıxarılıb. Sfera.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) sədri Azər Mursaqulov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Zaqatala Rayon Statistika İdarəsinin rəisi Fəxrəddin Qurbanov vəzifəsindən azad olunub. O, 2008-ci ildən həmin vəzifədə işləyirdi. Hələlik Zaqatala Rayon Statistika İdarəsinə yeni rəis təyin olunmayıb. Qeyd edək ki, bununla da DSK-nin rəis vəzifəsi boş olan rayon və şəhər idarələrinin sayı 12-yə çatıb.
Cəmiyyət29.09.2026 19:14
Azər Mursaqulov əmr imzaladı
Dövlət Statistika Komitəsində yeni kadr təyinatı olub. Sfera.az xəbər verir ki, bu barədə qurumun sədri Azər Mursaqulov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Elvin Mirəli oğlu Maqsudov Dövlət Statistika Komitəsinin Hüquq şöbəsinin müdiri təyin olunub. O, indiyədək vəkil kimi fəaliyyət göstərirdi. Qeyd edək ki, komitənin Hüquq şöbəsinin müdiri vəzifəsi uzun müddətdir boş idi./ölkə.az
Cəmiyyət03.09.2026 19:23
Azərbaycanda əhalinin siyahıyaalınmasında yenilik tətbiq olunacaq
Çətinliklərin aradan qaldırılması, habelə beynəlxalq tövsiyələrə uyğun olaraq daha müasir siyahıyaalma modelinə keçidin təmin edilməsi məqsədilə növbəti mərhələdə iki əsas yeniliyin tətbiq edilməsi məqsədəuyğun hesab olunur. Sfera.az xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin sədri Azər Mursaqulov iyulun 17-də Nazirlər Kabinetində əhalinin növbəti siyahıyaalınmasının keçirilməsi ilə bağlı məsələlərə həsr olunmuş iclasda çıxışı zamanı deyib. O bildirib ki, bunlar inzibati məlumat
Cəmiyyət17.07.2026 12:13



