axtarışda olan
Ötən gün axtarışda olan 39 nəfər tapılıb
Azərbaycanda iyulun 3-də axtarışda olan 39 nəfər tapılıb. Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, onlardan 29-u borclu şəxs qismində axtarışda olan şəxslərdir. Bundan başqa polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər də tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Kriminal04.07.2026 17:32

