Artan tarixə düşdü
Omar Artan tarixə düşdü
Somalili Omar Artan UEFA Superkuboku matçını idarə edən ilk qeyri-avropalı referi olub. Sfera.az xəbər verir ki, afrikalı ədalət təmsilçisi Fransanın PSJ və İngiltərənin "Aston Villa" komandaları arasındakı qarşılaşmanı (2:1) idarə edib. O, 2025-ci ildə Afrika Futbol Konfederasiyasının (CAF) versiyasına görə qitənin ən yaxşı hakimi seçilib. Qeyd edək ki, O.Artana iyunda ABŞ-yə girişə icazə verilmədiyi üçün o, DÇ-2026-nı buraxmalı olub.
İdman13.08.2026 11:38

