Araz-Naxçıvan"la
"Turan Tovuz" əzmkar qələbə ilə ikinci pilləyə yüksəldi
Misli Premyer Liqasının XIII turunda “Turan Tovuz” öz meydanında “Kəpəz”I qəbul edib. Sfera.az xəbər verir ki, Qərb derbisində Tovuz təmsilçisi 2-1 hesablı qələbə qazanıb. Bu nəticədən sonra xallarının sayını 27-yə çatdıran "Turan Tovuz" ikinci pillədə qərarlaşıb. Gəncə klubu 18 xalla altıncıdır. Günün ikinci görüşündə "Sabah" "Araz-Naxçıvan"la üz-üzə gələcək. Qeyd edək ki, ötən gün "Şəfa" səfərdə "İmişli"ni (3-1), "Neftçi" evdə "Zirə"ni (1-0) məğlub edib. Tura sabah yekun vurulacaq.
İdman28.11.2026 20:25

