AQC
Bakının bu ərazisində torpaq kəskin bahalaşdı
Bu ilin oktyabr ayında Bakı şəhərində torpaq sahələrinin dəyəri orta hesabla 17,9% bahalaşıb. Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) məlumatında deyilir. "Rayonlar üzrə ən böyük qiymət artımı Səbail rayonunda müşahidə edilib – 29,1%. Yasamal rayonunda torpaq sahələrinin qiyməti 27,1%, Nəsimi rayonunda 24,5%, Nizami rayonunda isə 22,3% yüksəlib. Xəzər rayonunda bahalaşma 20,2%, Nərimanov rayonunda 19,7%, Xətai rayonunda isə 16,5% səviyyəsində olub.
İqtisadiyyat03.11.2026 19:55

