ağır yol-nəqliyyat
Ağır qəza oldu, ölən və xəsarət alan var
Kəlbəcərdə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib. Sfera.az bildirir ki, hadisə Kəlbəcər-İstisu avtomobil yolunda qeydə alınıb. Belə ki, hərəkətdə olan “KİA” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb. Qəza zamanı sürücü; 1967-ci il təvəllüdlü B. Nuruyev hadisə yerində ölüb, onun həyat yoldaşı Ə. Nuruyeva isə xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır./apa
Hadisə28.10.2026 23:54

